waplog

Dövlət arxivlərində elektron xidmətlərin təşkili müzakirə olunacaq


Azərbaycan Milli Arxiv İdarəsi cari ildə respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının, o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlər keçirəcək.
 
İdarədən verilən məlumata görə, seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və müzakirələrin aparılması nəzərdə tutulub.  
 
İlk belə seminar Dövlət Arxivinin Şirvan filialında baş tutub. Seminarda Şirvan filialı və ona tabe olan Saatlı, Sabirabad, Hacıqabul, həmçinin DA-nın Salyan filialı və onun əhatə dairəsində  fəaliyyət göstərən Cəlilabad, Biləsuvar, Neftçala rayon dövlət arxivlərinin müdirləri iştirak edib.
 
Qeyd edək ki, bu cür seminarların tezliklə digər bölgələrdə də keçirilməsi planlaşdırılır.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL