waplog

İlin ən yaxşı işəgötürən şirkəti bəlli olub


Məlum olub ki, “Microsoft” və “Google” şirkətləri yalnız yüksək texnologiyalar sahəsində deyil, həm də əmək bazarında rəqibdirlər.

Aprelin əvvəlində “Forbes” jurnalının versiyasına görə, “Google” növbəti dəfə ən yaxşı iş yeri adına layiq görülüb. Bu yaxınlarda isə “Microsoft” korporasiyası “Global Randstad Award 2015” reytinqində ilin ən yaxşı işə götürəni mükafatına layiq görülüb.

"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, reytinqin tərtibi üçün keçirilmiş sorğuda iştirak etmiş respondentlər bu korporasiyada yüksək əməkhaqqı, uzunmüddətli məşğulluq perspektivi və əla iş mühitini qeyd ediblər.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL