waplog

Dünyada rəqəmli valyutadan daha çox türklər istifadə edir


Türkiyə müasir ödəniş və rəqəmli valyuta texnologiyalarının qəbulu planında yüksək fəallıq nümayiş etdirir. Bu yaxınlarda "Ipsos" şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələri buna sübutdur.
 
"ICTnews" elektron xəbər xidməti "moneynews.ru" saytına istinadən bildirir ki, hazırda Hollandiya, ABŞ və Böyük Britaniyanın mobil bankçılığın inkişafı üzrə lider mövqe tutmasına baxmayaraq, Polşa və Türkiyə bu planda ən perspektivli bazar sayılır. Məhz bu dövlətlər mobil ödəmə proqramlarının qəbulu üzrə ən yüksək temp nümayiş etdirir.
 
Türkiyədə internet istifadəçilərinin 65 faizi mobil bankçılıqdan yararlanır.
 
Türkiyədə keçirilmiş sorğu iştirakçılarının 45 faizi hesab edir ki, "bitcoin" kimi rəqəmli valyutalar internetdə əsas alış-veriş valyutası olacaq. Müqayisə üçün, Avstraliya və ABŞ-da respondentlərin müvafiq olaraq 16 və 28 faizi analoji fikrə tərəfdardır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL