waplog

Bakıda unikal İT həllərin rəqabətliliyin artırılmasında rolu mövzusunda seminar keçiriləcək


Bakıda aprelin 29-da “HP Software” şirkəti tərəfindən “HP SW Innovation Tour” adlı tədbir təşkil olunacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə şirkət iştirakçıları biznesin inkişafı üçün yeni həllərlə və eləcə də informasiya texnologiyalarının iri biznes üçün verə biləcəyi rəqabət üstünlüyü ilə tanış edəcək.
 
Bundan başqa, tədbir çərçivəsində “HP Software” əsasında həyata keçirilmiş uğurlu layihələri haqda məlumat veriləcək və İT istismar xidmətinin işinin effektiv təşkilinə yeni yanaşmalar təqdim ediləcək.
 
İştirakçılara həmçinin, “Biznes servislərin monitorinqinə müasir və perspektiv yanaşmalar. “HP Business Service Management” həlləri”, “Keyfiyyətli testləşdirmə - əsas biznes servislərin və əlavələrin etibarlı işinin zəmanətçisi kimi. Application Delivery Management” mövzularında məruzələr təqdim ediləcək.
 
Aynur Vəliyeva


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL