waplog

“İnnovativ texnologiyalar” və “Biomüxtəlifliyin informatikası” gənc mütəxəssislərindən ibarət yaradılmış qruplar fəaliyyətə başlayıb


AMEA Botanika İnstitutunda (Bİ) cari ildə innovativ texnologiyaların tətbiqi ilə elmlə istehsalat arasında əlaqələrin yaradılması, institutun beynəlxalq əlaqələrinin genişləndirilməsi, elmin təbliği istiqamətində fəaliyyət genişləndirilib. İnstitutda “İnnovativ texnologiyalar” və “Biomüxtəlifliyin informatikası” gənc mütəxəssislərindən ibarət yaradılmış qruplar uğurla fəaliyyət göstərir.
 
 İnstitutdan qeyd edilib ki, həmin qruplar Azərbaycan florasının tədqiqi, ətraf mühit amillərinin bitki müxtəlifliyinə təsirinin qiymətləndirilməsi, tətbiqi xarakterli elmi istiqamətlərdə biotexnoloji yanaşmaların müəyyənləşdirilməsi üzrə innovativ yolların araşdırılması ilə məşğuldurlar.
 
 
“Azərbaycan 2020:  gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində institutda gənc kadrların inkişafına xüsusi diqqət yetirilir. Hal-hazırda institutun tərkibinin 35%-ni gənclər təşkil edir və onlar yalnız elmi müəssisə daxilində deyil, eləcə də beynəlxalq layihələrin icrası və həyata keçirilməsində, bir çox proqramlar çərçivəsində treninqlərdə də uğurla iştirak edirlər.
 
 
Həqiqət İSABALAYEVA
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL