waplog

Banklar İT xərclərini artırır


"Ovum” analitik şirkətinin tədqiqatına görə, 2015-ci ilin sonunadək pərakəndə bankların informasiya texnologiyalarına (İT) qlobal xərcləri 131 milyard dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 4,3 faiz çoxdur. Bu xərclər əsasən mobil və rəqəmli xidmət kanallarının inkişafına və avtomatlaşdırılmış bank sistemlərinin yenilənməsinə aid olacaq.  
 
Proqnozlara görə, 2019-cu ilədək makroiqtisadi vəziyyət yaxşılaşacaq və banklar diqqəti xərclərin optimallaşdırılmasına deyil, artıma yönəldə biləcəklər. Bu müddətdə illik İT xərcləri 157,6 milyard dollara bərabər olacaq.
 
2015-ci ildə ən böyük xərcləri Avropa və Şimali Amerika bankları çəkəcək. Lakin İT infrastrukturunun inkişafına ən çox xərc artımı Asiya (5,6 faiz), Yaxın Şərq və Afrika (5,3 faiz) ölkələrində müşahidə olunur. Bu regionlardan banklar İT infrastrukturunun inkişafına ümumilikdə 29,9 milyard dollar yatırmağa hazırdırlar.  
 
ABŞ və Kanada banklarının xərcləri 50,5 milyard dollar təşkil edəcək ki, bu da ötən ilə nisbətdə 4,7 faiz çoxdur. Avropa banklarının büdcəsi 3,1 faiz artaraq 42,4 milyard dollara çatıb. Lakin bütün pərakəndə bankların İT xərclərinin 32 faizi hələ də Avropanın payına düşür.
 
 
Analitiklər rəqəmli kanallara investisiyaların daim artmasını qeyd edirlər. Mobil bankçılıq üçün büdcələr 7,3 faiz - 4,2 milyard dollaradək, onlayn bankçılıq üçün 7 faiz - 10,8 milyard dollaradək artıb. Çoxkanallı inteqrasiya üçün xərclər 5,6 faiz artaraq 7,3 milyard dollara çatıb, - "Payspacemagazine yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL