waplog

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Nazirlər Kabinetinin qərarını gözləyir


Azərbaycan Nazirlər Kabineti ”Qrant haqqında qanun”da tətbiq edilmiş dəyişikliklərə əsasən qrantların ayrılması üzrə qaydalara yenidən baxır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni qaydaların qəbul edilməsi yaxın zamanda gözlənilir.
 
Burada əsasən qrant müqaviləsi formasına dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Bununla bağlı olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, hazırda bu günədək keçirdiyi iki qrant müsabiqəsi üzrə maliyyələşməni müvəqqəti olaraq dayandırıb. Lakin yaxın günlərdə fondun fəaliyyəti ilə bağlı yeni xəbərlər gözlənilir, bu yeniliklərdən biri də, üçüncü qrant müsabiqəsinin elan edilməsi olacaq. 

Xatırladaq ki, Fondun Müşahidə Şurası 2-ci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunmuşdur. İlkin və kompleks ekspertizadan keçən 62 layihə Fondun Müşahidə Şurasına təqdim olunub. Müşahidə Şurası tərəfindən 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL