waplog

Həftə sonu Azərbaycanın İT sektorunun təmsilçiləri Silikon Vadisinə səfər edəcək


"Khazar Ventures” şirkəti  10-20 may tarixlərində ABŞ-ın məşhur Silikon Vadisinə “TechTour” təşkil edir.
 
“TechTour” un proqramına Silikon Vadisində yerləşən dünyanın aparıcı texnoloji şirkətlərinin ofislərinə ziyarət, onların iş prinsipləri ilə tanışlıq, orada çalışan rəhbər əməkdaşlarla fikir və təcrübə mübadiləsi aparmaq, eləcə də ABŞ-da İT biznesi sektorunda uğur qazanmış azərbaycanlı  iş adamları ilə görüş daxildir.
 

İnvestorları və sahibkarları texnologiya dünyası ilə daha yaxından tanış etmək üçün “Khazar Ventures” şirkəti “Silikon Vadisin”də yerləşən “Twitter”dən “Linkedln”ə qədər ən nəhəng korporasiyalara, vençur kapitalist şirkətlərinə, biznes inkubatorlarına, universitetlərə və böyük investor/startup icmalarına səfərlər təşkil edəcək. 
 

Tur investisiyaların perspektivlərini və “Silikon Vadisi” təcrübəsini Azərbaycanda tətbiq etmək üçün bazarın əsas oyunçuları və ən öncül mütəxəssisləri ilə qarşılıqlı əməkdaşlıq təklif edir.

10 günlük turun məqsədi qlobal düşünməyi təşviq etmək, “Silikon Vadisi”nin uğurunun səbəbini öyrənmək və bu təcrübənin ölkəmizdə tətbiqinə rəvac verməkdir.
 
Aynur Vəliyeva
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL