waplog

Azərbaycan İordaniyada fiziki qüsurlu tələbələrin istifadəsi üçün kompüter laboratoriyası açıb


Azərbaycan İordaniya Universitetində təhsil alan fiziki qüsurlu (eşitmə və nitq qüsurlu, görmə qabiliyyətindən məhrum və əlil arabalarına məhkum olan) tələbələrin istifadəsi üçün xüsusi avadanlıqlarla təchiz olunan kompüter laboratoriyası açıb.
 
Laboratoriyanın açılış mərasimində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin  (AİDA) rəhbəri Əşrəf Şıxəliyev və Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, eləcə də İordaniyanın elm xadimləri və tələbələri iştirak edib.
 
Mərasimdə çıxış edənlər istifadəyə verilən laboratoriyanın fiziki qüsurlu tələbələrin təhsillərini uğurla başa vurmasında və savadlı mütəxəssis kimi yetişməsində müstəsna rol oynayacağını vurğulayıb, Azərbaycan Respublikası tərəfindən fiziki qüsurlu tələbələrə göstərilən yardım və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbir ölkənin yerli KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL