waplog

Noutbukların orta satış qiyməti azalacaq


Tayvanın “MIC” (“Market Intelligence & Consulting Institute”) elmi tədqiqat institutunun analitiklərinin proqnozuna görə, ucuz noutbuk modellərinin geniş yayılması portativ kompüterlərin orta satış qiymətinin azalmasına səbəb olacaq.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin qiymətləndirməsinə görə, dünya noutbuklar bazarında orta satış qiymətinin göstəricisi 460-dan (2014) 2015-ci ildə 453 dollaradək azalacaq.
 
Analitiklər noutbukların orta satış qiymətinin azalmasına təsir edən başqa amillərə planşet və smartfonlar tərəfindən rəqabət artımını, həmçinin “bulud” xidmətlərinin tətbiqini qeyd ediblər.
 
Analitiklərin fikrincə, yaxın bir neçə ildə noutbuklar bazarındakı  dinamika çətin ki müsbətə doğru dəyişsin. Gözləntilərə görə, 2016-cı ildə dünyada noutbukların orta satış qiyməti 441 dollaradək azalacaq. 2019-cu ildə isə bu göstərici 425 dollar təşkil edəcək.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL