waplog

“Facebook”un yaradıcısı alternativ təhsil sisteminə 15 milyon dollar sərmayə yatırıb


Dünyanın ən məşhur sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və onun həyat yoldaşı Prissilla Çan alternativ məktəb təhsili şəbəkəsinə 15 milyon dollar yatırıblar.
 
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, ümumilikdə ABŞ-da orta və kiçik yaşlı uşaqlar üçün məktəblərin açıldığı "AltSchool" layihəsinə 100 milyon dollar sərmayə cəlb edilib.

"AltSchool" şəbəkəsi "Google"un keçmiş meneceri Maks Ventilla tərəfindən 2013-cü ildə yaradılıb. Şəbəkəyə Kaliforniya və Nyu-Yorkda yerləşən 80-150 nəfərlik "mikroməktəb" daxildir.
 
Bu təhsil ocağında qarışıq yaş qruplarında uşaqlar təhsil alırlar. Onlar özləri maraqlarına görə məşğələlər seçirlər. Məktəblər təlim prosesinin təşkili və valideynlərlə kommunikasiya yaratmaq üçün onlayn texnologiyalardan istifadə edirlər.
 

"Təhsil - internetə çıxış kimi bizim cəmiyyətin inkişafında  və bərabər imkanların təqdim edilməsində vacib faktordur. Biz gələcəkdə də bu cür sərmayələr yatırmaqda davam edəcəyimizə ümid edirik", - Zukerberq öz "Facebook" səhifəsində yazıb.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL