waplog

Kvant kompüterləri üçün ilk əməliyyat sistemi hazırlanıb


Kembric alimləri kvant kompüteri üçün əməliyyat sistemi hazırlayıb. Yeni platformanın hazırlanması yeni nəsil üçün çox güclü kompüterlərin yaradılması istiqamətində ciddi uğur sayıla bilər.

“Cambridge Quantum Computing” (“CQCL”) şirkəti tərəfindən yaradılmış “t | ket>” adlı əməliyyat sistemi kvant prosessorunu təqlid edən güclü superkompüterdə işə salınmış kvant kompüterinin simulyasiyası üzərində işləyir.

"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “Cambridge Quantum Computing” şirkətinin nümayəndəsi ümid edir ki, yeni proqram təminatı kvant hesablamalarını kommersiyalaşdırmağa kömək edəcək.

Kvant kompüterləri nəhəng hesablama gücünə görə müxtəlif fəaliyyət sahələrində böyük potensiala malik inqilabi qurğu kimi qələmə verilir. Həm dövlət, həm də özəl şirkət və təşkilatlar kvant hesablama sistemlərinin hazırlanması ilə məşğul olur.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL