waplog

Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışdan istifadə edənlərin sayı artıb


Aprel ayında vətəndaşlar “Elektron hökumət” portalında istifadədə olan “Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış” xidmətindən 10570 dəfə faydalanıblar.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, “Elektron hökumət” bülleteninin may buraxılışında əksini tapıb.
 
Mart ayı ilə müqayisədə aprel ayında xidmətə olunan müraciətlərin sayı 4447 ədəd artıb.
 
“Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlardan ən çox tələb olunan arayışların asanlıqla elektron şəkildə əldə edilməsi məqsədi ilə yaradılıb.   Hazırda  vətəndaşlar  xidmət vasitəsilə 14 banka, 2 bank olmayan kredit təşkilatına və 1  lizinq şirkətinə müraciət edə bilirlər.  Vətəndaş onlayn rejimdə “Elektron hökumət” portalına daxil olub, kredit almaq və digər məsələlər üçün özünə aid fərdi məlumatlar üzrə elektron arayışı təqdim etmək imkanını əldə edir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL