waplog

“Microsoft Azerbaijan” şirkəti “Peşəkar inkişaf və sertifikatlaşma” layihəsinə start verir


“Microsoft Azerbaijan” şirkəti kompüter elmləri və kompüter mühəndisliyi fakültələrinin  tələbələri üçün sertifikatlaşma imkanı yaradır.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu peşəkar sertifikatlaşma imkanı karyera inkişafının təməlini qoyacaq.
 

"Microsoft”un təqdim etdiyi “Peşəkar inkişaf və sertifikatlaşma” layihəsinin pulsuz təqdimatı mayın 15-də Yüksək Texnologiyalar Parkında keçiriləcək.

Layihəyə qoşulan tələbələr “Microsoft”dan pulsuz tədris və “Microsoft Technology Associate” (MTA) imtahanına vauçer əldə edəcəklər.
 
Qeyd edək ki, “Microsoft” Azərbaycanın təhsil sahəsində həyata keçirilən layihələrdə güzəştli şərtlərlə iştirakı ilə seçilən şirkətlərdən biridir.
 
Eyni zamanda, şirkət dövlət müəssisələrinin lisenziyalı proqram təminatı ilə təmin edilməsi istiqamətində də miqyaslı işlər aparır.  
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL