waplog

Ən yaşıl şirkətlərin reytinqi dərc edilib


Aparıcı İT korporasiyalar öz məhsulunun ekoloji göstəricilərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. “Greenpeace” təşkilatı "yaşıl" istehsalçıların növbəti reytinqini dərc edib.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Apple” korporasiyası reytinqdə liderliyini geri qaytarıb.
 
2014-cü ildə Kaliforniya nəhənginin ekoloji nailiyyətlərinə şirkətin bütün müəssisə və binalarında istifadə olunan enerjinin 87 faizi bərpa olunan mənbələrdən əldə olunur, “Apple”ın pərakəndə mağazaları isə artıq 100 faiz bərpa olunan enerji ilə təmin olunur.
 
 
Hazırda ABŞ-da “Apple” şirkətinin bütün istehsal obyektləri, həmçinin pərakəndə mağazalar bərpa olunan mənbələrdən 100 faiz enerji ilə təmin olunur. Başqa sözlə, günəş, külək, geotermik elektrik stansiyaları və su elektrik stansiyalarından elektrik enerjisi əldə olunur.
 
Emil Hüseynov
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL