waplog

“Apple” Çində fəaliyyətini genişləndirir


Çinə rəsmi səfəri zamanı “Apple” şirkətinin baş direktoru Çinin Dövlət şurasının baş nazirinin müavini Lyu Yandun ilə görüşüb. Görüş zamanı Çin və ABŞ arasında elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Apple”ın direktoru Tim Kuk Çində meşələrin qorunması üzrə proqramın işə salınması haqda danışıb. Layihə Ümumdünya Vəhşi Təbiət Fondu ilə birgə reallaşdırılacaq. Bu proqramın məqsədi  təxminən 1 milyon akr meşə sahəsini qorumaqdan ibarətdir.
 
“Apple” şirkətinin direktoru Çin bazarını ABŞ-dan sonra ən prioritet hesab edir. Cari ilin əvvəlində Çin ilk dəfə ABŞ-ı ötərək “iPhone” tədarükünün həcminə görə dünyanın ən böyük bazarı olub.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL