waplog

“Azərpoçt” Ümumdünya Poçt Gününə hazırlaşır


“Azərpoçt”MMC 9 oktyabr–Ümumdünya Poçt İttifaqının yaranmasının 137-ci ildönümü münasibəti ilə geniş tədbirlər həyata keçirməyi planlaşdırır.

Qeyd olunan tarixə qədər Siyəzən PF-nin Gənclik , Göyçay RPF-nin Çaxırlı, Sabirabad PF-nin Şəhriyar poçt şöbələrinin binalarının iştifadəyə verilməsi, bütün müəssisələrdə toplantı keçirilməsi, müəssisələrin inzibati binalarında, poçt şöbələrində və ətrafında səliqə-sahman, abadlıq yaradılması məqsədi ilə iməclik keçirilməsi, poçt şöbələrində və ictimai yerlərdə “9 oktyabr–Ümumdünya Poçt Günüdür” sözləri yazılmış plakatların asılması nəzərdə tutulub.

Xatırladaq ki, beynəlxalq poçt mübadiləsinin mütəşəkkil qaydada həyata keçirilməsi hazırda planetimizin bütün poçt işçiləri tərəfindən peşə bayramı günü kimi qeyd edilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranması ilə başlayıb.

ÜPİ-nin yaradılması barədə müqavilə 1874-cü ildə İsveçrənin Bern şəhərində keçirilmiş Beynəlxalq poçt konqresində imzalanıb.

İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 200-ə yaxın ölkə təmsil olunur. Azərbaycan poçtu 1993-cü ildən ÜPİ-nin üzvüdür.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL