waplog

Nazir Sumqayıtda vətəndaşlarla görüşəcək


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun may ayının 15-i saat 10:00-da Sumqayıt şəhərində (Sumqayıt, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
 
    Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
    Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
 
Sumqayıt şəhəri 64-2-35-00
Quba rayonunda 335-45-00
Qusar rayonunda 385-31-57
Şabran rayonunda 353-20-04
Siyəzən rayonunda 304-01-20
Xaçmaz rayonunda 325-22-18
 
 
Nömrəli telefonlara zəng etmələri xahiş olunur.

 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL