waplog

Server və desktop virtuallaşması yeniliklərinə həsr olunmuş konfrans keçiriləcək


Mayın 22-də Bakıda “Softline Azerbaijan”, “VMware” və “F5” şirkətlərinin birgə təşkil etdikləri  server və desktop virtuallaşması yeniliklərinə həsr olunmuş konfrans keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir  İT departamentlərin mütəxəssisləri, rəhbərləri, şirkət rəhbərləri, analitiklər, təhlükəsizlik xidmətlərinin mütəxəssisləri və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər üçün nəzərdə tutulub.
 
Konfrans iştirakçılarına virtuallaşma bazarının trendləri  və bu sahədə yeni həllər haqda bəhs ediləcək.
 
“VMware” şirkətinin texniki mütəxəssisi Yevgeni Ponimarenko yeni “VMware vSphere 6”  və  “VMware Horizon View” əsasında iş stansiyalarının virtuallaşdırılması haqda danışacaq.
 
“F5”-in texniki eksperti Boris Qextman BIG-IP şəbəkə yüklənməsinin balanslaşdırılması  sahəsində həll və onun “VMware Horizon View”də istifadəsi haqda məruzə ilə çıxış edəcək.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL