waplog

Azərbaycanda “Electronic Sports World Cup 2015” çempionatının regional seçmə mərhələləri təşkil ediləcək


Azərbaycan Kiberidman Federasiyası (AzKİF) və “Moscow Cyber Stadium” apardıqları danışıqlar nəticəsində “Electronic Sports World Cup 2015” (ESWC) çempionatının regional seçmə mərhələlərini təşkil etmək hüququ qazanıb. AzKİF çempionatda milli seçim turlarının təşkilatçısı qismində çıxış edəcək.
 
Yarışlar “CS:GO” (5x5) növü üzrə keçiriləcək. Çempionatın  ümumi mükafat fondu 150 000 ABŞ dollarıdır.  Federasiyadan qeyd edilib ki, artıq qeydiyyata artıq start verilib:
 
“Turnir mayın 24-də başlayır. Turnirin Qrand final mərhələsi 09.07.2015-ci il tarixdən 12.07.2015-ci il tarixində Kanadada, Monrealda baş tutacaq. Qrand finala vəsiqə qazanmaqdan ötrü iştirakçılardan Milli seçim turunda (LAN) qalib gəlmək, Moskvada “Moscow Cyber Stadium” meydançasında keçiriləcək regional seçim mərhələsində qələbə qazanmaq tələb olunur.
 
Komanda heyətinin ən azı 3 üzvünün Azərbaycan vətəndaşı olması mütləqdir. Həmçinin turnir kommersiya xarakteri daşıyır, iştirak haqqı komanda üçün 30 AZN-dir. Təşkilatçılar tərəfindən yalnız regional seçim turunun (Moskvada) qaliblərinin Monreala səfəri maliyyələşdirilir”. 
 
 
AzKİF-dən bildirilib ki, turnirin keçirilmə reqlamenti dərc olunacaq, hələlik isə Rusiyada tətbiq edilən reqlamentdən istifadə etmək mümkündür.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL