waplog

“Bank sektorunda informasiya texnologiyaları həlləri” mövzusunda konfrans keçirilib


Bu gün “Koçsistem-Azərbaycan” şirkəti “Bank sektorunda informasiya texnologiyaları həlləri” mövzusunda konfrans keçirib.
 
Şirkətin Azərbaycan nümayəndəliyinin direktoru Əli Kutvan “Koçsistem”-in Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrdən danışaraq bildirib ki, ölkənin İT sektorunda qısa zaman kəsiyində sıçrayışlı inkişafa nail olunub.
 
Ə.Kutvan bildirib ki, bu sektor üzrə həm sərmayə yatırımları, həm də yeni yaranan şirkətlərin sayı çoxalıb:
 
“Bütün dünya üzrə İT sistemi o qədər sürətli şəkildə dəyişir ki, onun təsiri altında İT şirkətlərin ömrü qısalır. Məsələn, Almaniyada bir İT şirkətinin orta ömrü 17-20, Türkiyədə 5, digər Avropa ölkələrində isə 30-40 ildir. Ancaq “Koçsistem” şirkəti bu il özünün 70 illiyini qeyd edir. Biz 70 illik bir inkişaf yolu keçmişik. Bu müddətdə də yaşamağımız yalnız müştəriyə dəyər verməyimizdən və bazarın tələblərini qarşılamağımızdan asılı olub”.
 
 
Azərbaycanın İT sektoruna sərmayə yatırmaqda davam edəcəklərini vurğulayan Ə.Kutvan qlobal dünyada dəyişən mühitin formalaşdığını və buna uyğun addımlar atmağın vacibliyini qeyd edib. O bildirib ki, Azərbaycanda bir çox layihələrdə iştirak ediblər və uğurlu həllər reallaşdırıblar.
 
 
Daha sonra çıxış edən “Koçsistem” şirkətinin baş meneceri Mehmet Nalbantoğlu Azərbaycana hər gəlişində böyük dəyişikliklər gördüyünü, İKT sektorunda önəmli inkişaf müşahidə etdiyini söyləyib.
 
O qeyd edib ki, ölkədə olan inkişaf İKT sektoruna marağı artırır və İT şirkətlərinin həm böyüməsinə, həm də yatırımlar yatırmasına sövq edir.
 
M.Nalbantoğlunun sözlərinə görə, qarşıdakı illərdə internet xidmətlərində və internetə qoşulmalarda böyük dəyişikliklər olacaq:
 
 “Hesab olunur ki, bu gün gündəlik həyatımızda və məişətdə istifadə olunan əşyaların böyük əksəriyyəti internetə bağlanacaq. Onlar “ağıllı əşyalar”a çevriləcəklər. Bu baxımdan müxtəlif növ xidmətlər yaranacaq. Artıq yeni dünyaya yeni oyunlar gələcək. Bu oyunlarda kim oynamağı bacaracaqsa, o da gəlir əldə edə biləcək”.
 
 
Tədbirdə qeyd olunub ki, dəyişən dünyanın diqqət mərkəzində həm də bank sistemidir. Mütəxəssislər bankların mobil texnologiya sayəsində daha da irəli getdiyini və  yüksək texnologiyaların tətbiqində yubanan bankların bir neçə ildən sonra fəaliyyətinin  sual altında qalacağını bildiriblər.
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL