waplog

Dünyada satılmış hər ikinci smartfonun ekranının diaqonalı 5 düymdən böyükdür


Dünya smartfon bazarı pul baxımından rekord həcmə nail olub. “Gfk” tədqiqat şirkətinin analitiklərinin məlumatına görə, bu halda fablet və “LTE” qurğular sürətlə populyarlaşır.
 
Analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ilin birinci rübü ilə müqayisədə cari ilin müvafiq rübündə smartfonların qlobal satışı 8 faiz yüksələrək 96 milyard dollar təşkil edib.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, 2015-ci ilin yanvar-martında qlobal smartfon bazarında 7 faizlik artım (310 milyonadək qurğu satılıb) qeydə alınıb. Bir rüb əvvəl artım tempi 19 faiz təşkil edib. Mütəxəssislər artım tempinin azalmasını Asiyada “ağıllı” telefon satışının azalması ilə izah edirlər.
 
“Gfk” tədqiqat şirkətinin proqnozuna görə, cari ilin ikinci yarımilliyində  Çinin smartfon bazarı “4G” dəstəkli qurğular seqmentinin inkişafı nəticəsində müsbət dinamikaya geri qayıdacaq. 2015-ci ilin birinci rübündə dünya smartfonlar bazarında “4G” dəstəkli aparatların bazar payı ilk dəfə 50 faizi ötüb.
 
Smartfon bazarının daha bir sürətlə inkişaf edən kateqoriyası fablet (ekranı 5 düymdən böyük qurğular) qurğularıdır. Cari ilin birinci rübündə  qlobal miqyasda satılmış smartfonların ümumi sayının 47 faizi fabletlərin payına düşüb. Bir il əvvəl bu göstərici 32 faiz olub. Tədqiqata əsasən, 2015-ci ilin sonunda bu göstərici 69 faiz təşkil edəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL