waplog

“Microsoft Imagine Cup” müsabiqəsinin yarımfinalında üç Azərbaycan startapı iştirak edəcək


Bakıda mayın 22-də “Microsoft Imagine Cup” gənc peşəkarlar arasında keçirilən illik müsabiqənin milli finalı keçiriləcək.
 

“Microsoft” şirkətinin təhsil layihələri üzrə meneceri Emin Axundovun  “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Imagine Cup” müsabiqəsinin məqsədi yeni layihə və tətbiqlərin yaradılmasını təşviq etməkdir.
 
“Yerli və qlobal mərhələlərdən ibarət olan müsabiqəyə bu ilin yanvar ayında start verilib və artıq müsabiqənin üç qalibi müəyyən edilib. Müsabiqədə qalib gələn üç startapdan biri oyundur, ikincisi, mobil əlavələr üzərində qurulmuş innovasiyadır, üçüncüsü isə fiziki imkanları məhdud olan insanlar üçün nəzərdə tutulmuş startapdır.  Artıq bu startaplar qlobal müsabiqənin yarımfinalına çıxıblar və nəticələr artıq iyunun 1-də məlum olacaq”, - deyə o qeyd edib.
 
Ə. Axundovun sözlərinə əsasən, layihə tələbələri təcrübədə proqramlaşdırmağı, komandada işləməyi öyrətməyə yönəlib. Gələn ildən etibarən bu istiqamətdə işlər daha da intensivləşəcək. Layihənin reallaşmasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı, “Nar” mobil rabitə operatoru “Microsoft” şirkətini dəstəkləyirlər.
 
Xatırladaq ki, bu ilin beynəlxalq final mərhələsi önümüzdəki yay aylarında ABŞ-ın Sietl şəhərində keçiriləcək. “Imagine Cup” müsabiqəsi gənc mühəndislərin uğurlu yenilikçi ideyalarını işlək məhsul səviyyəsinə çatdırmaqla bərabər, eləcə də dünyanın ən istedadlı gənclərini bir arada toplayan ünsiyyət məkanı rolunu oynayır.
 
Müsabiqə tələbələri öz texniki bacarıqlarını və yaradıcı istedadlarını müxtəlif sosial çətinliklərin aradan qaldırılması yolunda tətbiq etməyə cəlb edir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL