waplog

Yeni texnologiyaların tətbiqi ilə funikulyorun təhlükəsizlik məsələləri tam təmin olunub


Paytaxta gözəllik və retro hissləri qatan Bakı funikulyorunda informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi ilə təhlükəsizlik məsələləri tam şəkildə həll olunub. Hazırda funikulyor kompüter sistemi ilə idarə olunur və hər hansı bir texniki nasazlıq aşkarlandıqda dərhal mərkəzə məlumat ötürülür.
 
Alınan məlumat real vaxt rejimində analiz edilir, lazımi tədbirlər görülür. Bununla da funikulyorda hər hansı bir səbəbdən baş verə biləcək problemin qarşısını vaxtında almaq mümkünləşir.
 
 
Qeyd edək ki, 1960-cı ildə fəaliyyətə başlayan funikulyor 2012-ci ildə yenidənqurma
və təmir işlərindən sonra yenidən paytaxt sakinlərinin və qonaqların istifadəsinə verilib. Xüsusi rahatlığı ilə seçilən vaqonlar isə sərnişinlərin ətrafı seyr etmələri üçün şüşəbəndlə əhatələnib.
 
 Bakı funikulyorunda 2 stansiya - “Bəhram Gur” və “Şəhidlər Xiyabanı” stansiyaları fəaliyyət göstərir. Adıçəkilən stansiyalar arasında rahat və təhlükəsiz hərəkət etmək mümkündür. Funikulyorun yerləşmə coğrafiyası əlverişli və dağətəyi olduğu üçün paytaxtın mənzərəsini yuxarıdan izləməyə imkan verir.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL