waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin əsasnamələri təsdiqlənib


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının struktur bölmələri arasında vəzifə və səlahiyyət bölgüsünü aparmaq məqsədi ilə əmr imzalayıb.
 
Əmrə əsasən, “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının rəhbəri haqqında Əsasnamə” təsdiq edilib.
 
Eyni zamanda, nazirin əmri ilə RYTN-in Hüquq və insan resursları, Maliyyə, uçot və iqtisadi təhlil, Beynəlxalq əməkdaşlıq, Tənzimləmə, İnfrastrukturun inkişafı, İnformasiya cəmiyyətinin inkişafı, Elektron idarəçiliyin inkişafı, Vətəndaşların qəbulu və müraciətləri ilə iş, Sənədlərlə iş və təminat şöbələrinin əsasnamələri də təsdiqlənib.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL