waplog

“Ağıllı” dərman sınaqdan keçirilir


İsveçrənin “Novartis” dərman preparatları istehsalçısı tezliklə ABŞ-ın “Rani Therapeutics” startapı tərəfindən hazırlanmış "ağıllı" dərmanın yoxlanılmasına başlayacaq. 18-24 ay ərzində davam edəcək kliniki sınaqlar zamanı dünyanın ən böyük əczaçılıq şirkətlərindən biri innovativ qurğunun köməyi ilə dərmanın qan dövranına daxili prosesini izləmək niyyətindədir.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, "ağıllı" dərman (rəsmi "avtomatlaşdırılmış avtonom çatdırılma sistemi") farmakoloji maddəni birbaşa nazik bağırsağa çatdıra biləcək.
 
Əvvəlki həllərlə müqayisədə "ağıllı" Rani dərmanı insan orqanizmini dərmanla doydurmaq üçün mədə və bağırsaqda kifayət qədər uzun müddət qala biləcək. Dərman təbii həzm proseslərinin köməyi ilə hərəkətə gətirilir, karbon qazı enerji mənbəyi rolunu yerinə yetirir.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL