waplog

Bakıda növbəti “DigiGirlz” konfransı keçiriləcək


Bakıda iyunun 4-də Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş “DigiGirlz” konfransı keçiriləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Bakıda keçirilən “DigiGirlz” konfransının əsas məqsədi də məhz Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir.
 
Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis xanımlar iştirak edəcəklər. Həmçinin, tədbirdə mobil tətbiqlər üzrə texniki seminar da keçiriləcək.
 
 “Microsoft” korporasiyasi dünya üzrə qadınları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir.

Konfrans yalnız xanımlar üçün nəzərdə tutulub. 
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL