waplog

“Arianespace” iki telekommunikasiya peykini orbitə çıxarıb


"Arianespace" şirkəti iki kosmik aparatın uğurlu buraxılışını həyata keçirib. Peyklər "HD" formatlı kanalların yayımı üçün lazım olan tutumu genişləndirəcək, "4K/Ultra HD" standartına keçid imkanını təmin edəcək və mövcud peykləri sığortalayacaq.  
 
Bildirilir ki, hər iki aparat Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan "Ariane 5" raketdaşıyıcısı ilə start götürüb. Raketdaşıyıcısının göyərtəsində kosmosa ABŞ, Havay, Alyaska və Puerto-Riko qitə ərazisini (Konus regionu) əhatə edən "DirecTV-15" peyki, eləcə də "Sky Mexico" şirkətinə məxsus və onun tərəfindən idarə olunan "Sky Mexico-1" ilk kosmik peyki göndərilib.
 
103º qərb uzunluğu orbital mövqeyində yerləşəcək "DirecTV-15" peykinin layihə üzrə istismar müddəti 15 il təşkil edəcək. Peyk "DirecTV" şirkətinin bütün orbital mövqelərdə və tezlik diapazonlarında (Ku, Ka, R) işləyə bilən, eləcə də Konus regionunu tam əhatə edərək son on ildə buraxılan ilk aparatıdır.
 
79º qərb uzunluğu orbital mövqeyində yerləşəcək "Sky Mexico-1" peyki "Sky Mexico" şirkəti üçün "HD" kanalların tutumunu iki dəfə artıracaq. Layihə üzrə istismar müddəti 18 il təşkil edəcək aparat Meksika, Mərkəzi Amerika, Kuba və Karib dənizi ölkələrinə "DTH" platformalarının siqnalının yayımını təmin edəcək, - "Mediasat" yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL