waplog

“Microsoft Azerbaijan” şirkəti növbəti “Ofis hər yerdə” təşəbbüsünü reallaşdıracaq


Bakıda iyunun 5-də “Microsoft Azerbaijan” şirkəti bütün arzu edənləri “Ofis hər yerdə” təşəbbüsünə qoşulmağa dəvət edir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sözügedən aksiya çərçivəsində “Microsoft Azerbaijan”ın bütün əməkdaşları ofisi tərk edərək iş gününü Məmmədəmin Rəsulzadə küçəsi  2, ünvanında yerləşən “Gloria Jean's Coffees, Azerbaijan”da keçirəcəklər. 
 

İş gününü ofisdən kənarda – park və ya kafedə keçirərək istifadəçilər #ofisheryerde heşteqini qeyd edərək həmin günü ofisdən kənarda işlədiklərini bildirə bilərlər.

Aksiyaya qoşulanlar öz kompüterləri və mobil qurğuları ilə gəlməlidirlər.

“Microsoft” Korporasiyasının əsas missiyası insanların öz məqsədlərinə çatması üçün onlara texnologiyanın istifadəsində yardım göstərməkdir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL