waplog

İstifadəçilərin üzünü tanıyan ilk bankomat təqdim edilib


Çinin Sinhua Universitetinin mütəxəssisləri geniş ictimaiyyətə insan sifətini tanıyan və bu funksionaldan ənənəvi parol əvəzinə istifadə edən dünyanın ilk bankomatını təqdim ediblər. Texnologiyanın əsasını "Tzekwan" özəl şirkətinin texnologiyası təşkil edir.
 
Bankomat insan üzünün cizgilərini tanıyan və əldə olunan nəticəni əvvəlcədən quraşdırılan məlumat bazası ilə müqayisə edən xüsusi kamera ilə təchiz edilib. Tərtibatçıların sözlərinə görə, qurğu hətta yaşa görə üz cizgilərinin dəyişməsi zamanı effektivliyini itirmir.
 
Təqdimat zamanı "Tzekwan" rəhbərlərindən biri Qu Zikun bildirib ki, artıq yaxın gələcəkdə bankomatlar Çinin böyük şəhərlərində quraşdırılacaq.  
 
O həmçinin qeyd edib ki, yeni bankomat mükəmməl yoxlama və valyuta nəzarəti sistemi ilə təchiz edilib. Məsələn, qurğu qəbul edilən əskinasları tanıyaraq seriya nömrələrini yazır ki, bu da ödəniş üçün kimin saxta pullardan istifadə etməsini müəyyənləşdirməyə imkan verir, - "SecurityLab" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL