waplog

Almaniyada “Galaxy Tab 10.1” planşeti qadağan edildi


“Apple” şirkəti Almaniyada “Samsung”-un istehsal etdiyi “Galaxy Tab 10.1” planşetlərinin satışına daimi qadağa qoyulmasına nail ola bilib.

Qadağa haqqında qərarı Düsseldorf şəhərində yerləşən Torpaq Məhkəməsi çıxarıb. Məhkəməyə sədrlik edən hakim İohanna Bryukner-Hofmann (Johanna Brueckner-Hofmann) qeyd edib ki, “Galaxy Tab 10.1” və “iPad” planşetləri arasında aşkar oxşarlıq müşahidə olunur.

“Qadağa yalnız Almaniya ərazisində qüvvədə olacaq. Düsseldorf məhkəməsi Avropa İttifaqının digər üzv ölkələrində “Galaxy Tab 10.1” satışını qadağan etmək səlahiyyətlərinə malik deyil”- deyə Bryukner-Hofmann bildirib. “Samsung” şirkəti çıxarılan qərara qarşı yuxarı instansiya məhkəməsində etiraz etmək niyyətindədir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL