waplog

Azərbaycan “IBC-2015”-də təmsil olunacaq


Azərbaycan “IBC-2015” beynəlxalq sərgi-konfransında özünə məxsus stendi ilə təmsil olunacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Amsterdamın “RAI Exhibition and Convention Centre”də keçiriləcək tədbirdə milli peyk operatoru “Azercosmos” özünə məxsus    stenddə ölkəmizin kosmik sahədə nailiyyətlərini nümayiş edəcək.
 
Sərgi sentyabrın 11-15-də, konfrans isə sentyabrın 10-14 tarixlərində keçiriləcək.
 
Tədbir çərçivəsində hər il kontent yaradan, idarəedən və təmin edən peşəkarlar Avropanın, Yaxın Şərqin və Latın Amerikasının ən son qlobal yeniliklərilə tanış olmaq imkanı əldə edirlər.
 
Tədbir iştirakçılarına ən son media məhsulları, qurğular, əlavə proqramlar, rəqəmli marketinq alətləri, sosial medialar, böyük həcmli məlumatlar, bulud servisləri və sərmayə qoyuluşu imkanları təqdim ediləcək.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL