waplog

İsveç istehsalçısı “BBC” şirkəti ilə yeddiillik saziş imzalayıb


İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti Britaniyanın “BBC” televiziya şirkətinə idarəetmə xidmətlərinin göstərilməsi üçün elan edilən tenderin qalibi olub. Saziş 7 il üçün nəzərdə tutulub.  
Məlumata görə, idarəetmə xidmətlərinə televiziya şirkətinin Böyük Britaniyada və dünyada internet telekanallarını yaymağa kömək edəcək texnologiya və servislər daxildir.

“Ericsson Broadcast and Media Services” bölməsinin rəhbəri Torsten Zauer sazişin şirkət üçün böyük əhəmiyyətə malik olmasını bildirərək sənədin maliyyə tərəfi barədə açıqlama verməyib. Bir müddət əvvəl “BBC” nümayəndələri sazişin 150-248 milyon funt-sterlinq (228-377 milyon dollar) dəyərində ola biləcəyini bəyan ediblər.  

2007-ci ildə teleradio verilişlərinin ötürülməsi bazarına daxil olan İsveç istehsalçısı "Nordic TV Channel C More” televiziya şirkəti ilə saziş imzalayıb. “Ericsson” Britaniya şirkətinə interaktiv xidmətlər, internet xidmətləri və s. daxil olmaqla geniş spektrdə servislər təqdim edir. Qeyd olunan xidmətlərə indi idarəetmə xidmətləri də əlavə olunur, - "DailyComm” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL