waplog

Azərbaycan dilinin və linqvistikasının kompüter tərəfindən tanınmasının təmin edilməsi sistemi kommersiya istifadəsinə veriləcək


Qafqaz Universiteti yaxın zamanda “CeDAWI” adlanan Azərbaycanın internet seqmentində verilənlərin analizi sistemini kommersiya istifadəsinə verəcək.
 
Universitetin Qafqaz Universitetinin Kompüter mühəndisliyi bölməsinin rəhbəri, professor Abzetdin Adamovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, sistem ilkin mərhələdə marketinq və reklam şirkətlərinə köməkçi vasitə kimi təqdim ediləcək.
 
 "Ümumilikdə bu sistem tədqiqatların aparılması, Azərbaycan dilinin və linqvistikasının kompüter tərəfindən tanınmasının təmin edilməsi , böyük həcmli məlumatların emalı və analizi üçün bir platforma olacaq. Hazırda biz bu sistemin inkişafı ilə bağlı Türkiyə, Rusiya və digər ölkələrin ali məktəbləri ilə danışıqlar aparırıq " - deyə o qeyd edib.
 
 

 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL