waplog

Avropa Komissiyasının ““InContact 2020” Əməkdaşlıq Konfransı öz işinə başlayıb


Çin Elm və Texnologiya Nazirliyinin dəstəyi ilə Çin Respublikasının Pekin şəhərində Avropa Komissiyasının "InContact 2020"  Əməkdaşlıq Konfransı öz işinə başlayıb.
 
Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, İyunun 18-nə qədər davam edəcək konfransda AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva iştirak edir.
 
 
Qeyd edək ki, "Horizon 2020"-nin təşviqinə yönələn "InContact 2020"  bütün dünyada ekspertlər arasında daha sıx əməkdaşlığı stimullaşdırmaq üçün yaradılmış platformadır. 2 illik layihə olan  "InContact 2020"-yə  2014-cü ilin 1 yanvar tarixindən start verilib.  FP7 altında Avropa Komissiyası tərəfindən reallaşdırılan layihənin maliyyələşdirilməsinə 1 milyon avro yönəldilib.
 
Layihənin əsas əməkdaşları sırasında Yunanıstan, Almaniya, İtaliya, Estoniya, Argentina, Cənubi Afrika, Fransa, Çin, Misir, Norveç, Tailand, Rusiyanın elmi-tədqiqat şuraları yer alıb.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL