waplog

“iPad” üçün klaviatura ixtisarları genişləndirilib


“Apple” şirkəti “iOS 9”-da “iPad”  üçün klaviatura ixtisarlarının dəstəklənməsi funksiyasını yetərincə genişləndirib.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “WWDC 2015” sərgisində “Apple” şirkəti “Pages” əlavəsinin sənədində yeni klaviatura ixtisarlarının köməyi ilə şərhlərin necə  əlavə edilməsini, söz sayına görə statistika əldə etməyi, sənəd daxilində mətn tapmağı nümayiş etdirib.
 
Lakin klaviatura ixtisarı ilə öncədən təchiz edilmiş qurğularda bu yeniliyin tətbiqi problem yarada bilər. Belə ki, bu yenilik onların qeyri-funksionallığına səbəb ola bilər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL