waplog

BƏƏ hakimiyyəti internetdə təhqirə görə sərt cəza tətbiq edib


Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti internetdə təhqirə görə sərt cəza tətbiq edib. İnternetdə təhqirlər kibercinayətkarlıqla eyni səviyyədə tutulub və günahkar cəza kimi həbs cəzası və 250 min dirhəm məbləğində cərimələnə bilər.

"ICTnews" elektron xəbər xidməti “tjournal.ru” saytına istinadən bildirir ki, analoji cinayətlər üzrə ittiham edilmiş əcnəbilər ölkədən deportasiya oluna bilər.

Yeni qanuna uyğun olaraq cəzalandırılacaq ilk şəxs ehtimal ki “WhatsApp” messenceri vasitəsilə həmkarını təhqir etmiş BƏƏ vətəndaşı olacaq. O, 3 min dirhəm məbləğində cərimə ödəməyə məhkum olunub, amma Əbu-Dabinin Federal ali məhkəməsi bu cəzanı çox yüngül hesab edib. İşə yenidən baxılacaq, yeni dinləmə tarixi hələlik bilinmir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL