waplog

ABŞ-da ən yüksək maaşlı İT peşələr bəlli olub


Yüksək texnologiyalar sahəsində işçi heyətin seçimi üzrə ixtisaslaşmış “Mondo” şirkəti müxtəlif peşələr üzrə İT mütəxəssislərin işə götürülməsinin dəyəri haqda öz hesabatını dərc edib. “Business Insider”  informasiya saytının müəllifləri ən yüksək maaşlı ixtisasları dərc edib.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, informasiya təhlükəsizliyi üzrə direktorun illik maaşı 214 min dollar və ya aylıq 18830 dollar təşkil edir. Bu maaşı alan mütəxəssis şirkəti haker hücumlarından qorumalı, korporativ proqramlarda aşkar edilmiş boşluqları vaxtında tapmalı və aradan qaldırmalıdır. Belə səviyyəli əməkdaşın səhvi milyonlarla dollar zərər deməkdir.
Verilənlər bazasının baş mühəndisinin illik maaşı 200 min dollardır.

İnformasiya texnologiyaları üzrə vitse-prezident daxili infrastrukturdan məsuliyyət daşıyır və ildə 178 min dollar qazanır.

Təhlükəsizlik sistemləri üzrə menecer ildə 169 min dollaradək qazana bilər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL