waplog

Tədqiqat: zənginlər “iPhone” smartfonlarını seçir


“Android” mobil əməliyyat sistemi (ƏS) son zamanlar çox populyarlaşaraq digər mobil platformaları geridə qoyub. “The Register” resursu “Google”un mobil platformasının uğuru ilə əlaqədar böyük məqalə hazırlayıb.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, statistikaya görə, smartfon dünyasında satılmış beş qurğunun dördü “Google”un mobil platforması ilə işləyir, ancaq tədqiqatın nəticələri göstərir ki, bazarda ƏS-nin bölgüsü insanların iqtisadi vəziyyətindən çox asılıdır.
 
Tədqiqatçılar bildirir ki, alıcı kasıbdırsa, o, ehtimal ki, “Android” mobil platforması ilə işləyən qurğuya üstünlük verəcək. “Google”un əməliyyat sistemi Hindistan və Çin bazarında daha geniş yayılıb. ABŞ-da “Android” ilə işləyən smartfonları daha çox afroamerikalılar və ispandilli insanlar satın alır. Çünki onların gəliri ağdərililərlə müqayisədə aşağıdır.
 
Ekspertlər qeyd edir ki, yüksək alıcı qabiliyyətinə malik bazarlarda “iOS” mobil əməliyyat sistemi liderdir. Tayvanda “iPhone” smartfonlarının payı 80 faizə yaxınlaşıb (ölkə adambaşına düşən ÜDM-yə görə dünyada 19-cu yerdədir), Danimarka, İsveç, Norveç və Avstraliyada 60 faizi ötüb.
 
Əvəzində “Android” platforması Misirdə (98-ci yerdə) çox populyardır, orada ƏS-nin bazar payı 92 faizdən yüksəkdir. Hindistanda (124-cü yer) smartfonların 89 faizi bu platforma ilə işləyir.
 
Tədqiqatın nəticələrinə əsasən, istifadəçilərin təxminən 50 faizi “Android” platformasından razıdır, “iOS” platformasında bu göstərici 71 faizdir.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL