waplog

Saymon Kleq: “RYTN mütəxəssisləri, o cümlədən texnologiya sahəsinə aid olan hər kəs bugünkü uğurları ilə fəxr etməlidir”


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN)  mütəxəssisləri, o cümlədən texnologiya sahəsinə aid olan hər kəs bugünkü uğurları  ilə fəxr etməlidir.
 
Bu fikri “Bakı 2015”-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunlarının başa çatması münasibəti ilə RYTN-də keçirilən tədbirdə bildirib.
 
Onun sözlərinə görə, texnologiyanın gündəlik həyat tərzimizdə oynadığı rola xüsusi əhəmiyyət vermədiyimiz halda, texnoloji problemlə üzləşən kimi bu boşluğu hiss edirik:
 
 
 “Texnologiyanın həyatımızda oynadığı rolun fərqinə  varmırıq, onun həyatımızda nəyə səbəb olduğuna diqqət etmirik. Amma telefon xətti, telefonlarımız artıq işləmədikdə və ya digər texniki problemlər ortaya çıxdığı zaman biz texnologiyanın vacibliyini başa düşürük. Bu zaman biz texnologiyaya  yüksək dərəcədə dəyər veririk”.
 
Saymon Kleq, bu baxımdan, Oyunlar zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən işləri yüksək dəyərləndirib:
 
“Xüsusilə onu vurğulamaq lazımdır ki, gözəl nəticələrə yalnız texnologiya detallı planlaşdırıldığı və ya müqayisə olunduğu halda nail olunur. Bu sahədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün əməkdaşları Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin işçiləri ilə yaxından əməkdaşlıq çərçivəsində hər bir aspekti, hər bir məsələni dərin təfərrüatları ilə müzakirə edərək, bugünkü nailiyyətlərə imza atıblar. Həmçinin aparılan bütün müzakirələr, iclaslar RYTN-in, eləcə də Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin binasında aylarla davam edib və bu müzakirələr öz nəticəsini verib. RYTN mütəxəssisləri, o cümlədən texnologiya sahəsinə aid olan hər kəs bugünkü nəticələrlə fəxr etməlidir”.
 
Baş direktor qeyd edib ki, məhz onların əməyi nəticəsində texnologiya müsbət  nəticələrə yol açıb:
 
“Onlar  “Bakı 2015” Birinci Avropa Oyunlarının nailiyyətlərinə öz töhfələrini veriblər.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL