waplog

Nazirlik I Avropa Oyunlarının rabitə, internet xidmətləri və televiziya yayımı ilə təmin olunmasında fəal iştirak etmiş şəxsləri mükafatlandırdı


I Avropa Oyunlarının rabitə, internet xidmətləri və televiziya yayımı ilə təmin olunmasında fəal iştirak etmiş şəxslər rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasovun əmri ilə mükafatlandırılıb. Əmrə əsasən, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK)  bir qisim əməkdaşları Fəxri Fərmanla təltif ediliblər.
 
Mükafatlandırılanlar sırasında BAOƏK-in Baş əməliyyat müdiri Saymon Kleq, Biznes administrasiyasının direktoru Nigar Əfəndiyeva, Texnologiya direktoru Adriyan Korkareyn, Telekommunikasiya rəhbəri Toni Dadli, Spektrin idarə edilməsi üzrə baş meneceri Rod Stabs, Mobil rabitə üzrə baş menecer Aleksis İlliadis, layihə rəhbərləri Aleksandr Şer,  Ayaz Cəmilov, Murad Əzizov, Xəqani Abdullayev, Hidayət Ağayev və Murad Tahirovun adını qeyd etmək olar.





v  


 
I Avropa Oyunlarının rabitə və internet xidmətləri, televiziya yayımı və informasiya təhlükəsizliyi ilə təmin olunmasında nazirliyin, qurum və müəssisələrin fəal iştirak etmiş əməkdaşları Fəxri Fərmanla təltif ediliblər. Fəxri Fərmanla təltif edilənlər nazirin birinci müavini İltimas Məmmədov,  nazirliyin İnfrastrukturun inkişafı şöbəsi Telekommunikasiya sektorunun müdiri Nazim Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müavini Əhməd Mehdiyev,  Dövlət Radio Tezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev,   DRİ-nin mühəndisi Şamil Qasımzadə,  Məlumat Hesablama Mərkəzinin baş mühəndisi Sahib Nəcəfov,  Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanovdur.  
 


 







I Avropa Oyunlarının telekommunikasiya, internet və mobil rabitə xidmətlərini, televiziya yayımını, informasiya təhlükəsizliyini yüksək səviyyədə təmin etdiklərinə görə və BAOƏK-in RYTN-ə təqdim edilmiş müsbət rəyini nəzərə alaraq aşağıdakı birlik, müəssisə və şirkətlər də Fəxri Fərmanla təltif edilib.
 
BTRİB
 
DRİ
 
"Aztelekom" İB
     
 "Azərkosmos" ASC
 
"Teleradio" İB
 
"Azərmarka" MMC
 
"Azercell Telekom" MMC
"Bakcell" MMC
 
"Azerfon" MMC 
           
"DeltaTelecom LTD" MMM
 
"Telecomİnvest" MMC
 
"Eurodesign" QSC

 
I Avropa Oyunlarının rabitə və internet xidmətləri, televiziya yayımı və informasiya təhlükəsizliyi ilə təmin olunmasında fəal iştirak etmiş bəzi əməkdaşlar isə  pul məbləği ilə mükafatlandırılıblar.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL