waplog

Hindistan hakimiyyəti ölkənin rəqəmləşdirilməsi kampaniyasına başlayıb


Hindistan şirkətləri ölkədə rəqəmli infrastrukturun yaradılmasına 75 milyard dollar məbləğində sərmayə yatırırlar. Bu haqda “Digital India” (Rəqəmli Hindistan) kampaniyasının işə salınması zamanı baş nazir Narendra Modi deyib.

Şirkətlər rəqəmli infrastrukturun yaradılmasına 75 milyard dollar sərmayə yatıracaq – o bildirib. Bundan başqa, reallaşdırılan layihələr Hindistanda 1,8 milyon iş yerinin açılmasına imkan yaradacaq".

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, Hindistanın əhalisinin çox hissəsi, həmçinin 250 min kənd yüksəksürətli internetə çıxış imkanı əldə edəcək.

Hökumət, həmçinin ölkə ərazisində simsiz “Wi-Fi” internetə şərti ödənişsiz giriş nöqtələri quraşdırmağı planlaşdırır. Bu giriş nöqtələri ictimai yerlərdə olacaq. Bundan başqa, dövlət təhsil müəssisələrində tam ödənişsiz giriş nöqtələri quraşdırılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL