waplog

Dünya Bankı ilə İKT istiqamətində həyata keçirilən layihələr daha uğurlu olub


Azərbaycanın Dünya Bankı ilə birgə həyata keçirdiyi layihələrdə informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunub.
 
Bu qəbildən olan layihələrin icrasında qabaqcıl beynəlxalq təcrübə, texnologiya və yeniliklər tətbiq olunub.
 
 “ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına görə, birgə layihələrdə yeni texnologiyadan istifadə ilə bağlı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev danışıb.
 
 
Nazir Dünya Bankının (DB) Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə Azərbaycan və DB arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edərək beynəlxalq maliyyə institutları ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətini danışıb.
 
 
Dünya Bankı ilə əməkdaşlığın çoxşaxəli olduğunu qeyd edən Şahin Mustafayev hazırda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, İKT sektorunun irəliləməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
 
 Bildirilib ki, indiyədək Dünya Bankı tərəfindən Azərbaycana 51 layihə çərçivəsində 3,6 mlrd. dollar kredit ayrılıb. Artıq 35 layihə başa çatıb, 16 layihənin icrası isə davam edir. Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Bakı şəhərində tullantıların idarə edilməsi baxımdan əhəmiyyətlidir.
 
 
Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, o cümlədən Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlər, eləcə də Balaxanı, Sumqayıt, Mingəçevir sənaye parkları, Neftçalada sənaye məhəlləsi, sənaye parklarında və məhəllələrində tətbiq olunan güzəştlər barədə məlumat verən nazir Şahin Mustafayev bu sahədə Dünya Bankı ilə mümkün əməkdaşlıq barədə fikirlərini bildirib.
 
 
Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Henri Kerali uğurlu əməkdaşlığa görə məmnunluğunu ifadə edərək Azərbaycanda DB ilə əlaqələrə böyük önəm verildiyini vurğulayıb. O, bu nüfuzlu maliyyə institutunun ölkəmizdə həyata keçirilən layihələrə bundan sonra da maliyyə və texniki dəstək göstərəcəyinə əminliyini bildirib.
 
Görüşdə həmçinin, növbəti 5 il ərzində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, sənaye parklarında məsləhət xidmətlərinin göstərilməsi, turizmin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL