waplog

Britaniyanın iri mobil operatoru 1 milyon funt-sterlinq cərimələnib


Böyük Britaniyanın iri mobil operatoru “EE” şirkəti abunəçilərin şikayətlərinin qəbulu qaydalarını pozmasına görə 1 milyon funt-sterlinq (1,5 milyon dollar) cərimə olunub.
 
Britaniyanın “Ofcom” tənzimləyici orqanının nümayəndəsinin sözlərinə görə, operator bir sıra abunəçilərini onların şirkətin xidmətlərindən razı olmadığı halda üçüncü instansiyaya müraciət etmək hüququna malik olması barədə məlumatlandırmayıb.
 
Ölkədə qüvvədə olan qanunvericiliyə görə, operator abunəçilərə yazılı şəkildə onların bu hüquqa malik olmasını bildirməli olduğu halda “EE” 2011-2014-cü illərdə bunu etməyib.
 
Britaniyanın mobil rabitə operatorlarının bütün abunəçiləri "ADR” (Alternative Dispute Resolution) proqramı çərçivəsində operatorlardan pulsuz şikayət etmək hüququna malikdirlər.
 
Şikayətlər abunəçi və operator arasında olan mübahisəni həll edən müstəqil instansiyaya göndərilir. Ölkədə fəaliyyət göstərən mobil şirkətlərin proqramda iştirakı mütləqdir.  
 
“EE” Böyük Britaniyada 27 milyona yaxın abunəçiyə xidmət göstərən böyük telekommunikasiya şirkətidir. Qərara əsasən, operatora cərimənin ödənilməsinə görə 20 gün vaxt verilib, - “BBC yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL