waplog

Milli Kitabxananın xidmətlərindən onlayn şəkildə bütün rayon və şəhər oxucuları yararlanacaq


Yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən, Azərbaycan Milli Kitabxanasında (AMK)10 günlük kurslar təşkil edilib.
 
Bununla əlaqədar iyulun 6-da AMK-də kursların açılış mərasimi keçirilib.
 
AMK-dən qeyd edilib ki, mərasimdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, direktor müavinləri Elçin Musayev, Milli Kitabxananın digər əməkdaşları, “Ultra” şirkətinin mütəxəssisi Sərxan Məmmədov və treninqdə iştirak edən Salyan, Neftçala, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı və Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən mütəxəssislər iştirak ediblər.
 
Kitabxananın direktoru K.Tahirov regionlarda tətbiq ediləcək ALİSA proqramında işləmək üçün həm MARC 21 formatının öyrənilməsi, həm də ALİSA-da iş vərdişlərinin mənimsənilməsinin əhəmiyyətindən danışıb. K.Tahirov çıxışında qeyd edib ki, treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən proseslərlə də yaxından tanış olacaq, yeni iş üsulları, yeni xidmət növləri barədə məlumat əldə edəcək, sonda treninqi mükəmməl başa vuran hər bir müdavimə sertifikat təqdim ediləcək.
 
Bütövlükdə Milli Kitabxanada gələcəkdə bu sistemin tətbiqi nəticəsində vahid məlumat bazasının yaradılması və Milli Kitabxananın xidmətlərindən onlayn şəkildə bütün rayon və şəhər mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) oxucularının yararlanması mümkün olacaq.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL