waplog

Ən nüfuzlu İT şirkətlərinin adı bəlli olub


Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ-da ən nüfuzlu texnologiya şirkəti adlandırılıb. Korporasiyanın liderliyi şirkətin məhsul və xidmətlərinin Amerika istehlakçıları arasında populyarlığı ilə bağlıdır.
 
 
ABŞ bazarında ən yüksək nüfuza malik İT şirkətlərinin reytinqi beynəlxalq “Reputation Institute” konsaltinq firması tərəfindən tərtib edilib. Ekspertlər təxminən 27 min amerikalı arasında sorğu keçirib və hər bir şirkəti yeddi əsas amil üzrə qiymətləndiriblər: məhsul və xidmətlər, innovasiyalar, iş mühiti, idarəetmənin təşkili, ali rəhbərliyin rolu və sosial məsuliyyət.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung” şirkəti parametrlərin cəmi üzrə ən nüfuzlu İT şirkətlərin reytinqində birinci pilləni tutub.
 
ABŞ-da ən nüfuzlu İT şirkətlərin arasında ikinci pilləni “HP”, üçüncünü isə “Microsoft” tutub. İlk beşliyə, həmçinin “Google” və “SAP” şirkətləri də daxil olub. Növbəti pillələri “Intel”, “NCR”, “Adobe Systems”, “Texas Instruments”, “Toshiba” və “Salesforce.com” tutub.
 
2015-ci ilin fevralında nüfuzlu “Fortune” jurnalı ən nüfuzlu şirkətlərin reytinqi üzrə öz redaksiyasını dərc edib. “Apple” korporasiyası səkkizinci dəfə birinci pilləyə layiq görülüb. İkinci pilləni “Google”, “Samsung” yalnız 30-cu pilləni tutub.
 
2015-ci ilin mayında əqli mülkiyyətin qiymətləndirilməsi üzrə ixtisaslaşmış beynəlxalq “Interbrand” beynəlxalq konsaltinq şirkətinin mütəxəssisləri dünyanın ən bahalı ticarət markasını elan ediblər. “Apple” ticarət markası 145,3 milyard dollar məbləğində qiymətləndiriblər ki, bu da ötən illə  17 faiz daha yüksəkdir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL