waplog

Azərbaycanlı tələbələrin İT layihəsi Silikon Vadisi şirkətlərinin nümayəndələri tərəfindən qiymətləndirilib


Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının genişlənməsi və startap layihələri üçün geniş meydanın yaranması bu fəaliyyətə ölkədə fəaliyyət göstərən təhsil ocaqlarının da qoşulmasına səbəb olub.
 
Hazırda bir çox ali təhsil ocaqlarında, o cümlədən Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) tələbələr tərəfindən İT sahəsi üzrə layihələr hazırlanır.
 
ADNA-da yaradılan “Next Step İnformasiya Mərkəzi” son günlər öz fəaliyyətini genişləndirmək istiqamətində uğurlu addımlar atıb. Belə ki, artıq akademiyada İKT-nin bir neçə istiqamətləri üzrə layihələr hazırlanıb. Bu ilin mayında yaradılan mərkəz yeni layihələri dəstəkləyərək tələbələrə həm informasiya, həm də maddi dəstək verməyə başlayıb.
 
 
Mərkəz “Öz ideyanı gerçəkləşdir - Realize your idea”  devizi altında fəaliyyət göstərərək tələbələrin layihələrini beynəlxalq arenaya çıxarmağa kömək edir.
 
 
Akademiyadan verilən məlumata görə, artıq bu günədək 30 tələbə layihəsi ilə bağlı müraciət edib, bu layihələrdən 12-si qəbul olunub. Layihələr ABŞ-ın Silikon Vadisinə (Silicon Valley) daxil olan şirkətlərin  nümayəndələri tərəfindən gözdən keçirilib.
 
 
Xatırladaq ki, bu gün mərkəzdə dünyanın ən məşhur biznes adamları təcrübələrini tələbələrlə bölüşürlər. ABŞ universitetlərindən gələn dünya şöhrətli alim Naeem Zafar və professor Rics Rasmussen tələbələrə seminarlar keçiblər.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL