waplog

“Panasonic” 8 nüvəli çiplə təchiz edilmiş ucuz smartfonunu təqdim edib


“Panasonic” şirkəti yeni “Eluga Z” smartfonunu təqdim edib.

“Panasonic Eluga Z” smartfonu 1280x720 piksel təsvir ölçülü 5 düymlük “AMOLED” ekran, səkkiznüvəli çip, 2 QB əməli yaddaş və 16 QB-lıq fləş daşıyıcı ilə təchiz edilib. Əlavə məzmunu çıxarılıb taxılan “microSD” daşıyıcılarında yadda saxlamaq olar.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, telefonun əsas kamerasının təsvir ölçüsü 13 meqapikseldir, işıq diodu işıqlandırıcısına malikdir və 1920x1080 nöqtə təsvir ölçüsündə video çəkilişini dəstəkləyir. Ön paneldə quraşdırılmış 5 meqapiksellik kamera “selfi” və videozənglər üçün istifadə olunur.

Bundan başqa, yeni smartfonda daxili radioqəbuledici, “SİM” kartlar üçün iki slot, 2050 milliamper/saat tutumunda akkumulyator batareyası, “3G HSPA+”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0” və “GPS” simsiz rabitə modulları nəzərdə tutulub.

Qurğunun fiziki ölçüləri 141,3x70,6x6,85 mm, çəkisi 120 qramdır. Smartfona “Android 4.4 KitKat” mobil əməliyyat sistemi quraşdırılıb.

“Panasonic Eluga Z” smartfonunun pərakəndə satış qiyməti təxminən 212 dollardır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL