waplog

Sinqapur nəqliyyatı sərnişinləri avtomatik tanıyacaq


Kontaktsız ödənişlər Sinqapur nəqliyyat administrasiyası tərəfindən gediş haqqının ödənilməsi üçün sistemin yaradılması təşəbbüsü çərçivəsində həyata keçirilən tədbirlərdən biridir. Sistem sərnişinin nəqliyyata daxil olmasını və çıxmasını kart və ya digər ödəniş vasitəsini oxuyucu qurğuya yaxınlaşdırmadan avtomatik qeydə alacaq.
 
“Texnologiya sərnişinlərin avtobus və ya qatarda ödəniş alətlərini aşkar edərək onları avtomatik qeydiyyatdan keçirə biləcək. Gediş haqqını ödəmək üçün sadəcə olaraq sərnişinin üzərində mobil telefonun olması tələb olunur. Bu halda “Be-In-Be-Out” sistemi sərnişinlərdən əlavə əməliyyat tələb etməyəcək. Hazırda mütəxəssislər ödəniş alətinin uzaq məsafədən aşkar edilməsi ilə əlaqədar məsələlərin həlli ilə məşğuldurlar”, - Sinqapur nəqliyyat nazirinin müavini Pan Kinq Konq bildirib. 
 
Nazir müavini qeyd edib ki, Nəqliyyat Nazirliyi hazırda sistemin məqsədəuyğunluğunun və onun müasir nəqliyyat vasitələrində tətbiqinin öyrənilməsini tam başa çatdırmayıb. 
 
Mobil operatorların abunəçilərin hərəkəti barədə apardığı statistika sayəsində hökumət insanların ictimai nəqliyyatda, eləcə də əsas marşrutlar yaxınlığında velosipedlərlə hərəkəti haqqında məlumatlar əldə edib. Bu məlumatlar əsasında nəqliyyat sisteminin əməkdaşları sistemi asanlıqla tətbiq edə biləcəklər, - "Payspacemagazine” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL