waplog

Yeni “BlackBerry Bold 9980”


Tezliklə Kanada şirkəti “Research İn Motion” (RİM) yeni smartfon təqdim edəcək. Smartfon “BlackBerry Bold 9980” adlanacaq.

Konstruksiyasına görə o, “Bold 9900” modelini xatırladır. Qeyd edək ki, “Bold 9900” “QWERTY” klaviaturaya, 2,8 düym diaqonala (640×480 nöqtə) malik sensor ekrana, “720p” formatında videoyazma imkanı ilə olan 5 meqapiksel kameraya, “MicroSD” slotuna, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 2.1” modullarına, “GPS” naviqasiya peyk sistemi qəbuledicisinə, rəqəmsal kompasa malikdir.

“BlackBerry Bold 9980” smartfonunda proqram platforması, “BlackBerry OS 7” əməliyyat sistemi ola bilər. O, yüksəldilmiş nüvə məhsuldarlığı ilə səciyyələnir.

Qeyd edək ki, “RİM” şirkəti hazırda smartfonların istehsalına görə 4-cü yerdədir. Şirkət 2-ci rübdə 12,4 milyon smartfon tədarük edərək müvafiq bazarın 11.6%-ni tutub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL